Hadisə manset

“EuroHome” bazarındakı yanğın söndürülüb – (VİDEO, Yenilənir)

Sharing is caring!

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev APA-ya bildirib ki, artıq yanğın söndürülüb: “Hazırda ərazidə soyutma işləri aparılır. İlkin məlumata görə, yanğın 3500 kvadratmetr ərazini əhatə edib”.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.

***

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.

APA-nın müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, yanğınla bağlı ilk məlumat alınanda ikinci dərəcəli çağırış verilib.

Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər.

***

“EuroHome” tikinti materialları bazarı yanır

Xəbəral.az  xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir