Hadisə manset

Ekologiya Nazirliyinin vəzifəli şəxsləri Lerikdə meşə torpağını satır (ŞİKAYƏT)

Sharing is caring!

Lerik rayonunun Piran kənd sakinləri Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi Şahin Cəfərov və 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafael Tahirovdan şikayətçidirlər.

Xəbəral.az-a  daxil olan şikayətdə bildirilir ki, Piran kəndində, daha doğrusu 23 saylı meşə dolayında meşə torpağı satılır:

“2019-cu ildə yenicə təmir olunan Lənkəran-Lerik yolununun 20-ci kilometrliyində meşə torpağı qanunsuz olaraq satılır. Kənd sakinləri olaraq dəfələrlə buna mane olmağa çalışsaq da Şahin Cəfərov və Rəfail Tahirov meşə torpağını satmaqda davam edirlər. Bu gündə əraziyə gələrək, meşə torpağını çınqıl kimi satmaqda davam edirlər. Bu isə yenicə təmir olunan Lənkəran – Lerik yolu təhlükə deməkdir. Yolun sürüşməsinə gətirib çıxarda bilər”.

Sakinlər bildirir ki, hazırda Lənkəran – Lerik yolunda heç bir təmir işləri getmir: “Bunlar çınqılı başqa yerə daşıyırlar. Əlaqədar dövlət qurumlarından bu özbaşınalığa son qoymağı tələb edirik”.

Şikayətdə adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir