Hadisə manset

Yevlaxda bank avtomobili qəzaya düşdü, ölən var – YENİLƏNİB

Sharing is caring!

Yevlaxda avtomobilin toqquşması nəticəsində ölənin şəxsiyyəti dəqiqləşdirilib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, ölən şəxs “Mercedes”in sürücüsü Yevlax rayonunun Aran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Əlizadə Fəxri Fəxrəddin oğludur.

Qeyd edək ki, hadisə rayonun Hürüuşağı kəndi yaxınlığında qeydə alınıb. “Hyundai-Sonata” markalı avtomobillə “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində F.Əlilli hadisə yerində ölüb. Daha iki nəfər isə xəsarət alaraq xəstəxanaya aparılıb. Qəzaya düşən avtomobillərdən birinin banka  məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.