Hadisə

Ağır qəza: Bakıda skuter maşına belə çırpıldı – Video

Bakıda baş verən ağır qəza anı kameraya düşüb.

Oxu.Az xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Füzuli küçəsində qeydə alınıb.

Qəza zamanı skuter sürücüsü idarəetməni itirib və sürüşərək hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb.

Hadisə arxadan gələn avtomobildə yerləşdirilmiş kameraya əks olunub.

Qəza nəticəsində skuter sürücüsünün yüngül xəsarət aldığı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir