Hadisə manset

Bakıda əyləncə mərkəzindən 40 min oğurlandı

Bakıda uşaq əyləncə mərkəzindən 40 000 manat oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan bir yeniyetmənin ətrafında Bakı Şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 4-nə keçən gecə rayon ərazisindəki 1 ofisdən və 1 uşaq əyləncə mərkəzindəki seyflərdən müvafiq olaraq 40.000 manat oğurlaması da müəyyən edilib.