Hadisə

Azərbaycanda deputat vəfat etdi – FOTO

Sharing is caring!

“Əməkdar mühəndis”, 1990-1995-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Xalq deputatı Əhməd Qasımov vəfat edib. 

Xəbəral.az xəbər verir ki, o, bu gün torpağa tapşırılacaq. 

Əhməd Qasımov 29 oktyabr 1940-cı ildə Ağcabədidə dünyaya gəlib. 1957-ci ildən 1960-cı ilədək Agcabədi şəhərindəki 2 saylı orta məktəbdə təsərrüfat müdiri, 1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhəri 3 saylı Taksi Parkda və Növbəti Minik Avtomobilləri Parkında çilingər, 1963–1964-cü illərdə Bakı 1 saylı Taksi Parkında dispetçer, 1964–1965-ci illərdə həmin müəssisədə texniki şöbə mühəndisi vəzifəsində çalışıb. 1965-ci ildən 1967-ci illərdə Ağcabədi “Azərkəndtexnika” İB-nin “Avtomobil Təmiri” zavodunun baş mühəndisi, 1967-ci ildən isə eyni zavodun direktoru vəzifəsinə təyin edilib və 1981-ci ilə qədər həmin zavoda rəhbərlik edib.

Ağcabədi “Avtomobil təmiri” zavodunun direktoru vəzifəsində çalışarkən zavodda görülən işlər sayəsində müəssisə respublika əhəmiyyətli bir zavod səviyyəsinə çıxarıb. Belə ki, respublikanın 20-dən artıq rayon kənd təsərrüfatı texnikalarının təmirinin aparılması ilə yanaşı Rusiyanın muxtəlif vilayətlərinə və başqa respublikara sifariş əsasında istehsal olunan kənd təsərrüfatında istifadə olunan arabalar, qoşqular, kotan və malalar göndərilirdi.

1970-ci ildən ardıcıl olaraq Ağcabədi rayon Xalq deputatları Sovetinin deputatı seçilib, rayonun ictimai -siyasi həyatında aktiv fəaliyyət göstərib. Beləliklə, 1981-ci ildə Ağcabədi rayon İcraiyyə Komitəsinin sədr müavini ,1989-cu ildə isə Ağcabədi rayon KP rayon Komitəsinin birinci katibi vəzifəsinə, 1990-cı Azərbaycan Respublikası Ali Sovetinin deputatı vəzifəsinə seçilib. Daha sonra Prezident yanında Ali Nəzarət İnspeksiyasında Ağdam- Ağcabədi üzrə Baş inspektor və 1995-ci ilədək Milli Məclisdə Sosial Siyasət üzrə ekspert və komissiyanın üzvü olub. 1995-ci ildən Bakı şəhər, Sabunçu rayon İH-də müxtəlif vəzifələrdə çalışıb.

1999-cu ildən başlayaraq Bakı şəhər Ekologiya komitəsi və 2002-ci ildən Ekologiya Təbii Sərvətlər Nazirliyində əmək fəaliyyətini davam etdirib. 30 sentyabr 2011-ci ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri vəzifəsində çalışıb.

Ailəsi:

Həyat yoldaşı Qasımova Xeyra Usub qızı 25 yanvar 1947-ci ildə Ağcabədi rayonunda anadan olub. Hazırda təqaüddə olan riyaziyyat müəllimidir.

Oğlu Qasımov Ramazan (Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib) təqaüddə olan polis polkovnik-leytenantıdır. Oğlu Əmrahlı Əkrəm (Azərbaycan Neft Akademiyasını bitirib) “BAKQAZ” MMC-nin Rəisi vəzifəsində çalışır. Digər oğlu Qasımov Rüstəm (Azərbaycan Tibb Universitetini bitirib) Həkim-onkoloq kimi fəaliyyət göstərir. Aspiranturada təhsilini davam etdirir. Oğlu Qasımov Əmrah (Azərbaycan Neft Akademiyasını bitirib) BP neft şirkətində çalışır.

Mükafatları:

4 aprel 1970-ci ildə “V. İ. Leninin 100 illik yubileyi” ilə əlaqədar təltif edilib.

23 may 1979-cu ildə “SSRİ-nin Mülki Müdafiə əlaçısı” döş nişanı ilə təltif edilib.

20 mart 1980-ci ildə “V. İ. Leninin 110 illik yubileyi ilə əlaqədar beş illik planın yerinə yetirməsinə görə Fəxri Lenin Qramotası” ilə təltif edilib.

10 may 1980-ci il Azərbaycan KP MK-nın 43№-li iclaslə protokoluna əsasən “Əməkdar mühəndis” adına layiq görülüb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir