Hadisə manset

17-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Moskva ətrafında yaşayış evlərinin birində 3 yaşlı uşaq 17-ci mərtəbədən yıxılıb.

XəbərAl.az Rusiya mediasına istinadən xəbər ki, hündürlükdən yıxılan uşaq sağ qalıb. O, ağır travmalarla xəstəxanaya yerləşdirilib.

Məlumata görə, pəncərədən düşən qız evdə tək olub. Azyaşlının vəziyyətinin ağır olduğu deyilib.

Polis faktla bağlı cinayət işi açıb.