Hadisə manset

Azərbaycanda vəzifəli şəxs qəza törətdi: ölən var

Sharing is caring!

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XəbərAl.az Xeberal.az-ya istinadən xəbər verir ki, Saraydan Masazır istiqamətinə gedən avtomobil yolunda övladını Sumqayıta məktəbə yola salan qadın yolu keçmək istəyərkən “Volksvagen” markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobil vurub. İdarəetməni itirən sürücü piyadanı vurduqdan sonra onun üstündən keçib. Təxminən 30-35 yaşlarında olan qadın hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Əraziyə Abşeron rayon Dövlət Yol Polislinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Qəzanı törədən sürücü Fazil Nəhmətov Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiridir. O, faktı təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir