Hadisə

İctimai kanalın prodüsseri Türkiyədə xəstəxanadadır-Foto

Sharing is caring!

Tanınmış prodüser Minarə Əskərova hal- hazırda Türkiyədə xəstəxanada- Beyin-cərrahı şöbəsindədir.

Xeberal.az bildirir ki, Asiya.info-nun əməkdaşları Minarə xanımla əlaqə saxlayıb səhhəti ilə maraqlanıb. Çox kövrək danışan Minarə xanım hazırda vəziyyətinin yaxşı olduğunu, ona bu çətin günlərində dəstək olan hər kəsə minnətdarlığını bildirib: ” Başda çalışdığım İctimai kanalın Baş direktoru Balakişi Qasımov olmaqla bütün  İTV kollektivinə və dostlarıma, qohumlarıma minətdaram. Ən cətin günlərimdə məni yalnız buraxmadılar. Allah hər kəsə can sağlığı versin”.

Qeyd edək ki yüzlərlə insan hazırda Minarə xanımı feysbuk səhifəsi üzərindən izləyərək xoş xəbərini gözləyir. Biz də yaxın dostumuz, Minarə xanıma tezliklə ayağa galxıb vətəninə dönməyini, övladlarının və ailəsinin başı üzərində, dostlarının əhatəsində olmasını arzu edirik.

Xatırladaq ki, tanımış Prodüsser-Rejissor Minarə Əskərova yenidən Beynində şiş yaranması ilə bağlı Türkiyəyə gedib. Ötən gün öz feysbuk səhifəsindən etdiyi paylaşımla da ona dəstək olanlara təşəkkürünü çatdırıb



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir