Hadisə

Qax icra başçısından şəhid məzarına hörmətsizlik… FOTO

Sharing is caring!

Xəbəral.az – a Qax rayon sakini 1994 -cü ildə 1-ci Qarabağ savaşında, Ağdamın Güllücə kəndində qəhramancasına şəhid olmuş Rzayev Aydın Ağəli oğlunun ailəsi müraciət edib. Müraciətdə bildirilir ki, şəhid Rzayev Aydın 1994-cü il fevral ayının 6-da Qax rayonu Aşağı-Malax qəbirstanlığında dəfn olunmuşdur.

İllər sonra məzarın yaxınlığında yaşanan torpaq sürüşməsi, məzarın təhlükəli vəziyyətə düşməsinə səbıb olub. Hazırda şəhidin məzarı uçub-dağılmaq üzrədir.

Yaranan vəziyyətdən narhat olan ailə, qəbirin dağılacğından narhat olub və aidiyatı qrumlara dəfələrlə müraciət etsələrdə, nədənsə sözügedən məsələyə laqeyid yanaşırlar.

Hal-hazırda ailənin maddi vəziyyəti ağır olduğundan, məzarın təhlükəli ərazidən köçürülməsi problemi yaşanır.

Ailədən Xəbəral.az – a verilən məlumatda bildirilir ki, Qax rayon İcra başçısı Musa Şəkiliyev şəhid ailəsinin probleminə biganə yanaşaraq, onlara qarşı kobudluq edib.

Rayon rəhbəri Musa Şəkiliyev məzarın köçürülməsi üçün İcra Hakimiyyətinin maddi imkanın olmadığını bildirib.

Məsələ diqqətimizdədir.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir