Hadisə manset

“Evrascon” ASC şirkəti 5 aydır 1000-dən çox işçinin maaşını vermir-ŞİKAYƏT

Sharing is caring!

Camal Şvedov bildirdi ki,o işçilərin maaşlarının verilməməsi ilə bağlı o heç nə deyə bilməz

XəbərAl.az–a müraciət edən “Evrascon” ASC-nin bir qrup işçisi bu şirkətdən şikayət edirlər.Belə ki,onların bildirdiyinə görə şirkətin 1000-dən çox işçisi Bayraq Meydanında Hacı Zeynalabdin qəsəbəSİ ,Xaçmazda yol çəkilişində və sairə müxtəlif yerlərdə işləyiblər,ancaq 5 aydır maaşları verilmir.
Maaşların gecikməsi nəticəsində onların banklara olan kredit borcları gecikir. Nəticədə kredit faizləri çoxalır və biz kredit borclarını verə bilmirlər. Həmçinin işçilər bildirirlər ki, “Evrascon” ASC-də işçilərin hüquqları kütləvi şəkildə pozulur.Qeyd edək ki, tikini şirkəti olan “Evrascon”un böhran keçirdiyi bildirilir.Ümumiyyətlə bu şirkət haqda mətbuatda dəfələrlə şikayətlər dərc olub.
“Bu firma Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC-dir, adını dəyişib. Bildirilir ki, ASC-nin fəaliyyətində ciddi maliyyə maxinasiyalarına yol verilib, milyonlarla vəsait təyinatı üzrə xərclənməyib. Şirkətin fəaliyyəti Azərbaycanla məhdudlaşmır və ölkə hüdudlarından kənarda da, məsələn, Rusiya, Qazaxıstan, Özbəkistan və sair kimi ölkələrdə infrastruktur obyektlərinin inşası ilə məşğuldur. Şirkət 2013-cü ildə şirkət adını dəyişərək, “Avro-Asiya İnşaat Korporasiyası” “Evrascon” ASC olub. “Azərkörpü” ASC-nin uzun illər bir çox dövlət sifarişlərini birbaşa və tender yolu ilə əldə etməsini həm biznes dairələri, həm də ictimaiyyət tikinti sektorunu “kurasiya” edən Abid Şərifov faktoru ilə əlaqələndirirdi. Həm Şərifov, həm də şirkətin özü təbii ki, himayədarlıq faktını hər zaman inkar edib. “Evrascon” ASC-nin nəzarət səhm zərfi (51,2 faiz) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur”,-şirkət haqda mətbutda gedən çoxsaylı yazıların birində bildirilir.
“Evrascon” ASC-də maaş problemi ilə bağlı məsələni aydınlaşdırmaq üçün XəbərAl.az saytı olaraq şirkətin sahə rəisi Camal Şvedovla əlaqə saxladıq.Lakin Camal Şvedov bildirdi ki,o işçilərin maaşlarının verilməməsi ilə bağlı o heç nə deyə bilməz. Şikayətlə əlaqədər biz “Evrascon” ASC-nin mərkəzi ofisi ilə də əlaqə saxladıq,lakin mühasibatlıqdan bizə dinləyən xanım məsələni biləndən sonra bizə açıqlama vermək istəmədi və dəstəyi yerə qoydu.Araşdırmamız davam edir.
XəbərAl.az saytı olaraq məsələ ilə bağlı yaxın zamanlarda reportaj hazırlayıb oxucuların diqqətinə çatdıracayıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir