Hadisə Manşetüstü

Abşeronda manyak saxlanıldı

Abşeron rayonunda Türkiyə vətəndaşı 2 yeniyetmə oğlana qarşı seksual xarakterli hərəkətlər edib.

XəbərAl.az-ın xəbərinə görə, hadisə rayonun Masazır qəsəbəsində baş verib.

Belə ki, qəsəbə ərazisində bərbər işləyən Türkiyə vətəndaşı H.Derici salonda müştərisi 2006-cı il təvəllüdlü R.R və onun dostu, 2007-ci il təvəllüdlü O.M-ya qarşı seksual xarakterli hərəkətlər edib.

Yeniyetmələr hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı H.Derici saxlanılıb.

Araşdırma aparılır.