Hadisə Manşetüstü

“Bu hadisə gərək Təbrizdə olmayaydı” – İranda növbəti bayraq qalmaqalı

Sharing is caring!

İranda Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib.

XəbərAl.az xəbər verir ki, oktyabrın 2-də İranda Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of  Iran” velosiped yarışı başlayıb. I mərhələsi Təbrizdə start götürən veloturda Azərbaycan yığma komandası da iştirak edib.

Ancaq təqdimat mərasimi heç də xoş hadisə ilə yadda qalmayıb. Yarışda iştirak edən ölkələrin bayraqları içərisində Azərbaycan bayrağına rast gəlinməyib.

Bunu görən nümayəndə heyətimizin rəhbəri, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov Azərbaycan bayrağı tribunaya gətirilməyincə tədbirə qatılmayacağını bildirib. Onun təkidindən sonra, Azərbaycan bayrağı tribunaya gətirilib.

Məsələ ilə bağlı Respublika Olimpiya Məktəbinin direktoru Faiq Qurbanov XəbərAl.az-a açıqlama verib.

“Düşünürəm ki, bu cür hörmətsizliyi görən hər bir azərbaycanlı mənim kimi bu cür reaksiya verərdi. Çünki biz o yarışa qatılıb iştirak ediriksə, bayrağımız da tribunada olmalıdır.Təkidlə bildirdim ki,əgər Azərbaycan bayrağı tribunaya gəlməzsə, biz təqdimatda iştirak etməyəcəyik. İnandırım sizi, bütün təşkilat rəhbərliyi məndən üzr istədi. Sonradan araşdırmamdan və öz fikirlərimdən belə qənaətə gəldim ki, ola bilər ki, təşkilat komitəsində olan kimsə Azərbaycana qərəzli münasibət bəsləyib. O da ola bilər ki, bu işə baxan şəxsin məsuliyyətsizliyi ucbatından da baş verə bilər. Ancaq bizi üzən o oldu ki, harda olmasından asılı olmayaraq, bu hadisə gərək Təbriz şəhərində olmayaydı. Bu proses  təxminən 40 dəqiqə çəkdi. Hətta idmançıların təqdimatını da gecikdirdilər. Videoya fikir versəniz görərsiniz ki, bütün bayraqlardan uca bir dirəyə Azərbaycan bayrağını yerləşdirdilər. Məhz bayrağımız tribunaya gətirilib yerləşdirildikdən sonra, biz yarışa qatıldıq”, – F.Qurbanov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir