Hadisə Ölkə

İki azyaşlı övlad anası intihar etdi…BAKIDA

Sharing is caring!

Bu gün Xəzər dənizi sahilində intihar edən şəxsin kimliyi məlum olub. 

XəbərAl.az-ın  verdiyi xəbərə görə, Cəlilabad rayon sakini, 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızı özünü dənizə atıb.

Həmin zaman o ərazidə bulvarda gəzən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Quliyev Ruslan Etibar oğlu qadını xilas etmək üçün özünü suya atıb. Lakin o, qadını xilas edə bilməyib və D. Rüstəmova boğularaq ölüb.

Xilasedicilər Ruslan Quliyevi dənizdən çıxarıblar. Məlumata görə, Binəqədi rayonunda yaşayan D.Rüstəmova iki il əvvəl boşanıb, 2 azyaşlı uşağı var. İntiharın səbəbi bəlli deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir