Hadisə manset

Türkiyədən gələn avtobus qəza törətdi: ölən və yaralananlar var – Rəsmi

Sharing is caring!

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

XəbərAl.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil magistral yolunun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Türkiyədən Bakıya gələn sərnişin avtobusu hərəkədə olarkən arxadan “SHAGMAN” markalı yük maşınına çırpılıb. Qəza zamanı avtobusda olan sərnişinlərdən bir nəfəri ölüb.
Çoxlu sayda yaralanlarılar var. Yaralılar xəstəxanaya yerləşdiliblər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, təcili yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb.

Səhər baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir