Hadisə manset

Laçın rayon icra hakimiyyətinin şöbə müdiri qadını döyülməsinə münasibət bildirdi: Psixi durumu dəyişkən nevrozlu xəstədir

Sharing is caring!

Laçın Rayon İcra Hakimiyyətdə Ümumi şöbənin müdiri: Qasımov Eldəniz 

XəbərAl.az xəbər verir ki,saytınızda  “Laçın rayon icra hakimiyyətinin şöbə müdiri qadını döyüb ağır xəsarətlər yetirdi – FOTO” sərlövhəli  məqalədə mənim barəmdə yazılanlar həqiqəti əks etdirmir. Belə ki, mən həqiqətən Təranə Rəhimova ilə nikahdayam. O, 2016-cı ildə və 2018-ci ildə iki dəfə cərrahiyyə əməliyyatı keçirmiş, bir dəfə isə yoldan keçərkən avtomobil onu vurmuş və komaya düşmüşdür. Ona görə də o, 2 dəfə narkoz aldığına və onu avtomobil vurduğun onun görə sinirləri pozulmuş, qohumlarının da bildiyi kimi  psixi durumu dəyişkən nevrozlu xəstədir. Mən onu dəfələrlə nevrozluqdan əziyyət çəkdiyinə görə müalicə almaq üçün həkimə aparmağımı desəm də o, müayinə və müalicəyə getməkdən imtina etmişdir. Təranə Rəhimovanın həmin məqalədəki fikirləri tamamilə yalan, böhtan və iftiradan ibarətdir. Hazırda onun həmin əsassız şikayəti ilə bağlı polis araşdırma aparır, haqq naminə qanuni tədbir görüləcəkdir. Belə ki, onun atası, anası, qardaşı və bacıları da onun bu hərəkətlərini qəti şəkildə pisləyir və bu məsələ barədə polisə mənim günahsız olmağım, Təranənin isə mənə şər-böhtan alması barədə izahat vermiş, onun haqqa-ədalətə sığmayan bu hərəkətləri barədə qanuni ölçü götürülməsini yekdilliklə tələb edirlər. Bununla bağlı onun valideynləri, qardaşı və bacıları ilə əlaqə saxlasanız hər şey sizə gün kimi aydın olar.

İmza: Qasımov Eldəniz Oktay oğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir