Hadisə manset

İsmayıllıda toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 33 nəfər xəstəxanalıq oldu

Sharing is caring!

Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib.

Səhər saat 9:30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər.

Xatırladaq ki, avqustun 27-də axşam saatlarında İsmayıllı rayonunun Qəzili kəndində kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində keçirilən kiçik toy məclisində zəhərlənmə olub. Ziyafət iştirakçılarından bir qisminin səhhəti pisləşib və onlar xəstəxanaya müraciət ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir