Bakı şəhərinin Səbail rayonunda ağır yol qəzası baş verib.
XəbərAl.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 26-da saat 12 radələrində Səbail rayonunun Ü.Hacıbəyli küçəsində Şamaxı rayon sakini N.Qədirov idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Ağaibrahim İbrahimovu vurub. Pəticədə piyada hadisə yerində ölüb.
Səbail RPİ tərəfindən araşdırma aparılır.