Hadisə Manşetüstü

Tovuzda avtomobil yarımtikili evə çırpılıb, xəsarət alan var

Sharing is caring!

Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XeberA.az xəbər verir ki,hadisə rayonun Aşağı Əyublu kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yarımtikili evə çırpılıb. Qəza nəticəsində 1983-cü il təvəllüdlü Mahir Kazımov xəsarət alıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir