Hadisə manset

Əməkdar Jurnalistin Qardaşının Evi Qarət Olundu

Sharing is caring!

XeberAl.az xəbər verir ki,tanınmış televiziya jurnalisti Elnarə Dərziyevanın qardaşı Vüqar Dərziyev tətildən qayıdarkən sözün həqiqi mənasında şok yaşayıb.

Belə ki, mənzilə daxil olan ailə mənzilin altının üstünə çevrilərək evdən qiymətli əşyaların aparıldığını görüblər. Hadisə yerinə Binəqədi rayon 6-cı polis bölməsinin əməkdaşları cəlb olunub, isti izlər götürərək qısa zamanda cinayətkarın tapılmasına çalışırlar. Bu barədə sosial şəbəkədə məlumat yayan Elnarə xanım qeyd edib ki, bu hal qardaşının evində 3-cü dəfədir təkrar olunur. Movqe.az olaraq tezliklə cinayətkarların tapılması və məsuliyyətə cəlb olunması ilə bağlı əlavə məlumat verəcəyik. Bizi izləyin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir