Hadisə manset

Deputat “Relax”dakı davadan DANIŞDI

Sharing is caring!

“Relax” İstirahət Mərkəzində baş verən hadisə təxribatdır.

Bu sözləri Unikal.org-a deputat İqbal Məmmədov bildirib.

“Mən bu gün gəlmişəm. Baş verən hadisədən xəbərdaram. Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən “Relax”da yoxlama aparırlar. Dava “Relax”ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib”.

İqbal Məmmədov baş verən hadisəyə görə, oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını da təkzib edib:

“Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır”.

Qeyd edək ki, bu gün mediada Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfərin tutulduğu barədə xəbər yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir