Hadisə Manşetüstü

Bakıda anası tərəfindən döyülən 9 yaşlı qız EVDƏN QAÇDI – Polisə ŞİKAYƏT ETDİ

Sharing is caring!

Səhər saatlarında Bakı Metropoliteninin “Neftçilər” stansiyasında qız uşağı ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib.

Uşaq üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib.

Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli faktı təsdiqləyib.

Onun sözlərinə görə, polis hazırda həmin azyaşlının valideynlərini axtarır:

“9-11 yaşlarında olan qız polislərə yaxınlaşaraq evdən qaçdığını deyib. O, iddia edir ki, ailəsi rayondan Bakıya yeni köçüb. Qız Bakıda yaşamaq istəmədiyi üçün evdən qaçıb.

Hazırda polis əməkdaşları onun valideynləri ilə əlaqə yaratmağa çalışır”. (oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir