Hadisə Manşetüstü

Batumidə üç azərbaycanlını bıçaqlayan şəxsin kimliyi müəyyən olundu

Sharing is caring!

Batumidə üç azərbaycanlı turistə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

XeberAl.az  xəbər verir ki, həmin şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

Şübhəli şəxsin yeniyetmə olduğu barədə məlumatlar yayılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə aparılır. Bu maddə ilə üç ildən beş ilədək həbs cəzası nəzərdə tutulur.

Azərbaycan vətəndaşları hazırda Batumi Referal Xəstəxanasında müalicə olunurlar. Gənclərin ayaq, qol və bədənin digər hissələrindən bıçaq yaraları aldıqları bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir