Hadisə

Sumqayıtda “VAZ” və “KamAZ” toqquşub, ölən var

Sharing is caring!

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində “VAZ-2107” və “KamAZ” markalı avtomobillər toqquşub.

DİN-dən  verilən məlumata görə, dekabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində Bakı şəhər sakini İldırım Temirlinin idarə etdiyi “VAZ-2107” və Salyan rayon sakini Eyvaz Eyvazovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”-dakı sərnişinlərdən şəhər sakini Zaur Nəsibov hadisə yerində ölüb, sürücü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir