Hadisə manset

Seyxin arvadı ilə eşq yaşayan şəxsin kimliyi bəlli oldu – Video

Sharing is caring!

Dubay şeyxi Maktumun həyat yoldaşı şahzadə Haya 2 uşağı ilə birlikdə Londona qaçandan sonra onun yasaq eşq yaşadığı üzə çıxmışdı.

XeberAl.az Musavat.com-a istinadla xəbər verir ki, şahzadənin sevgilisinin kimliyi bir neçə həftədir sirr olaraq qalsa da, artıq dəqiqləşib. İngiltərə mediası Hayanın yasaq eşq yaşadığı şəxsin Şeyxin cangüdəni olan ingilis əsgər Russel Flouvers olduğunu yazıb.

5 il boyunca Şeyx ailəsinin yaxın mühafizəsini həyata keçirən ingilis Russel mediaya bu mövzu ilə bağlı hər hansı açıqlama verməkdən imtina edib: “Deyəcək heç bir sözüm yoxdur. Məni rahat buraxın”.

Şahzadə ilə sevgi münasibətləri yaşayan Flouvers keçən il həyat yoldaşı ilə boşanıb. Yasaq münasibətləri başlayan vaxt onların hər ikisi evli olub. Amma cangüdən bu münasibətlərə görə evliliyini bitirib. Onun da şahzadə kimi iki uşağının olduğu bildirilir.

İngilis mediası artıq şahzadənin oğlunun fotolarını açıq şəkildə yayımlamır. Halbuki qalmaqalın ilk günlərində şahzadənin oğlunun hazırkı sevgilisindən olduğu, buna sübut kimi sarışınlığını, Dubay şeyxinə əsla bənzəməyən üz cizgilərini misal göstərirdi. Amma indi durum fərqli deyil. Çünki ortada cangüdənin və müqayisə üçün arxivdə uşağın fotoları var. Hətta kadrların əksəriyyətində şahzadənin cangüdən sevgilisi bu uşağı qucağından düşürmür.

Təfsilatla bağlı video təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir