Hadisə manset

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Hərbi hissənin maşınını vurdu, sərnişin öldü

Sharing is caring!

Beyləqan rayonunda dünən ölümlə nəticələnə yol qəzası baş verib.

1990-cı il təvəllüdlü Şirvan şəhər sakini Qarayev Elvin Ələddin oğlu idarə etdiyi “Vaz-2106″ markalı 99-SC-790 nömrəli avtomobillə 1-ci Şahsevən kəndi ərazisində hərəkətdə olan zaman N saylı hərbi hissəyə məxsus ” MAZ” markalı avtomobilin arxa təkər hissəsinə dəyib.

Nəticədə sürücü Elvin Qarayev müxtəlif bədən xəsarətləri alıb, onun yanında olan sərnişin Masallı rayon sakini, 1990-cı il təvəllüdlü Cahangirov Şərif Sabir oğlu hadisə yerində ölüb. Hazırda faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. (qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir