Hadisə manset

Bakıda qumbara tapıldı

Sharing is caring!

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində əl qumbarasına bənzər əşyanın tapılması barədə məlumat daxil olub.

XeberAl.az  ANAMA-ya istinadən xəbər verir ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis idarəsinin 13-cü Polis bölməsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sabunçu rayon Polis idarəsinin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Eldar Xəlilov küçəsi ev 105 ünvanına baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası (UZRQM partladıcısı ilə birlikdə) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Əl qumbrasının ətrafında 30 kv.m əraziyə yerüstü, 5 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir