Hadisə

Bakıda şirkət əməkdaşına silahlı hücum edildi

Sharing is caring!

Bakıda şokolad şirkətinin əməkdaşına silahlı hücum olub.

Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Xətai rayonu, X.Məmmədov küçəsi ev 9, mənzil 23-də yaşayan, “Nan” şokalad şirkətində ekspeditor işləyən 1987-ci il təvəllüdlü Salahov Vaqif Azər oğlu polisə müraciət edərək bildirib ki, noyabrın 4-də gecə saatlarında Xətai rayonu, Zeytun bağları küçəsi 2/1 saylı ünvanda özünə məxsus “Lada Priora” markalı 02 BM 692 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol kənarında dayanan 4 nəfər naməlum şəxs onu saxladaraq zorla maşından düşürüb.

Həmin şəxslər ona bıçaqla xəsarət yetirərək 3572 manatı götürüb və hadisə yerindən qaçıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi başlanıb.(trend.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir