Hadisə

Şirkətin anbarı kül oldu

Sharing is caring!

Türkiyənin Ərzurum vilayətində yerləşən şirkətlərin birinin anbarında yanğın baş verib. Trend-in məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb.

Yanğın siqnalından dərhal sonra hadisə yerinə yanğınsöndürənlərin cəlb edilməsinə baxmayaraq, anbarın tamamilə kül olduğu bildirilir. Anbarda ərzaq məhsullarının saxlanıldığı qeyd edilir.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Araşdırma başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir