Hadisə

Zümrüd Yağmurun zorlandığı iddia edilən qızı haqda ekspertizanın nəticəsi açıqlandı – şok gəlişmə

Sharing is caring!

İddia edirlər ki, Sənay Qəhrəmanlının əsl məqsədi Əsgər Ağayevin ailəsindən pul qopartmaq olub və…

Öz yaxın qohumu tərəfindən zorlandığını iddia edən Sənay Yağmurun (Sənay Qəhrəmanlı-red.) təcavüzə məruz qalması haqda cinayət işi ilə bağlı ekspertiza rəyi açıqlanıb.

Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxs tərəfindən aparılan ekspertizanın nəticələri təcavüzdə ittiham olunan Sənay Qəhrəmanlının xalası oğlu Əsgər Ağayevin valideynlərinə təqdim edilib.

Əsgər Ağayevin valideynləri – Sürəyya Ağayeva və Yusif Ağayev “Yeni Müsavat”ın redaksiyasına gələrək nəticələri təqdim edib, ictimailəşdirilməsini istəyiblər. Onlar ekspertizanın rəyini əsas gətirərək övladlarının günahsız olduğunu bildirir, belə olan təqdirdə onun bəraət alaraq azadlığa buraxılmasını istəyirlər.

Sənədlərə keçməzdən öncə məlumat üçün bildirək ki, Sənay Yağmur (Qəhrəmanlı)  AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı və yazar Zümrüd Yağmurun qızıdır. Sürəyya Ağayeva isə Zümrüd Yağmurun bacısıdır.

Təqdim edilən ekspertiza sənədlərinə əsasən valideynlər iddia edirlər ki,  hadisədən sonra Sənay Qəhrəmanlı süni sərxoşluq barədə rəy almaq niyyətində olub və bunun üçün saxta yollara əl atıb:

“Sənay Qəhrəmanlının süni sərxoşluğu əmələ gətirmək istədiyi təsdiq edilib. Belə ki, o, ekspertiza keçirilərkən – 28.08.2020-ci il tarixində saat 14:19-da sərxoş olub. Həmin sərxoşluq isə hadisə gününə, yəni 25.08.2020-ci il tarixə təsadüf etmir”.

Zümrüd Yağmurun bacısı studiyaya gəldi və Qəhrəmanlı ailəsini dəhşətli  faktlarla suçladı! "Şərdir!" - YouTube

Əsgər Ağayevin valideynləri bildiriblər ki, Sənay Qəhrəmanlının sərxoş olması barədə rəy almasını məhkəmə kimyəvi eksperti Cəlilova Hüsnə Allahqulu qızının ifadəsi də təsdiq edir:

 “Ekspert göstərib ki, etil spirti sidikdə deyil, qanda aşkar olunub. Bu isə  o deməkdir ki, spirt nümunə götürmədən 2-3 saat əvvəl qəbul edilib.

Belə ki, spirt  qana 30 dəqiqə ərzində, sidiyə isə 2-3 saat ərzində keçir.  Sənay Qəhrəmanlının istintaqa təqdim etdiyi  alt paltarlarındakı qan bakirəliyin pozulması qanı deyil”.

Valideynlər bildirirlər ki, ekspertiza rəylərinin hamısında təsdiq olunub ki, oğulları Əsgər Ağayevin bu işlə heç bir əlaqəsi yoxdur:

“Dörd rəy var – narkoloji, alkoloji, psixoloji və genetik. Rəylərin dördü də oğlumun lehinədir. Onu tutmaq üçün heç bir əsas yoxdur.

Bundan başqa, deyirdilər ki, guya Əsgər Ağayev onun pivəsinə dərman qatıb. Analiz verdikdə isə həmin dərman qızın qanından çıxmayıb. Ekspertiza rəyi var ki, qızın qanı təmizdir”.

Zümrüd Yağmurun bacısı danışıb, faktları açıqlayıb – Video

Təqdim edilən sənədlərdə göstərilir ki, Sənay Qəhrəmanlının istintaqa təqdim etdiyi kalqotkanın üzərindəki material (qan) anası Zümrüd Abıyevaya mənsubdur: “Həmçinin təkrar məhkəmə-genetik ekspertizasının 12.11.2021-ci il tarixli 797/2021 nömrəli rəyi (ekspertlər Mustafayev Nurməmməd Şamil oğlu və Məmmədov Elşən Rövşən oğlu) ilə müəyyən edilib ki, tuman və kalqotka üzərindəki ləkələr qadın cinsinə mənsub bioloji materialdır, həmin materiallar müxtəlif 2 qadına  mənsubdur. Həmin paltarlar üzərində kişi cinsinə mənsub olan şəxsə, o cümlədən Əsgər Ağayevə mənsub hər hansı bir bioloji material aşkar edilməyib.

Ekspert Elşən Məmmədov da 07.12.2021-ci il tarixli ifadəsində göstərib ki, kalqotkadakı genetik profil  Sənay Qəhrəmanlıya məxsus 

deyil. Kalqotkanın genetik profili Sənay Qəhrəmanlının anası Zümrüd Abıyevaya mənsubdur”.

İddia olunur ki, Sənay Qəhrəmanlı istintaqa kalqotka təqdim edərək süni ittiham sübutu yaratmaq məqsədini güdüb:

“Sənay Qəhrəmanlı 16.12.2021-ci il tarixli ifadəsində göstərib ki, əynində olan paltarlar başqa şəxslər tərəfindən geyinilməyib.  Qeyd edilən dəlillər onu təsdiq edir ki, istintaqa təqdim edilmiş kalqotkanın üzərində insana məxsus prostat şirəsi aşkar edilib, hansı ki, həmin material Əsgər Ağayevə mənsub deyil. Bu isə həmin kalqotkanın hadisə vaxtı Sənay Qəhrəmanlının əynində olmadığını, hadisə günü onun bakirəliyinin pozulmadığını təsdiq edir”.

Valideynlər bildirirlər ki, istintaq ərazidəki (Əsgər Ağayevin evinin ətrafındakı) kameraları da araşdırıb və “TŞ 1-118″ kamerasından görünür ki, evdən çıxanda Sənay Qəhrəmanlının əynində tünd rəngli kalqotka yoxdur, hansı ki, istintaqa tünd göy rəngli kalqotka təqdim edilib:

“Sənay Qəhrəmanlının yalan danışması hadisə barədə söylədikləri ilə təsdiq edilir. Xüsusilə qeyd edilməlidir ki, Sənay Qəhrəmanlının açıq yalan danışdığını o da təsdiq edir ki, o, 2-ci izahatında hadisəni dəqiqliklə təsvir edərkən göstərib ki, 25.08.2020-ci il tarixdə səhər 10 radələrində yuxudan oyandıqda özünün çılpaq vəziyyətdə yatağın divar tərəfində olduğunu, yanında təqsirləndirilən şəxsin də çılpaq uzandığını görüb. Sonrakı ifadəsində isə qeyd edib ki,  yuxudan oyandıqda Əsgər Ağayevi çılpaq vəziyyətdə yatağın divar tərəfində olduğunu görüb, özü isə onun yanında çılpaq olub. Yəni bu onu göstərir ki, Sənay Qəhrəmanlı ilkin dindirilərkən səhər oyanıb özünü yatağın  divara tərəf olan hissəsində olduğunu göstərsə də, sonrakı ifadələrində tam əksinə məlumat verib, Əsgərin divara tərəf yataqda çılpaq uzanmasını göstərib. Bu xüsusat ona görə əhəmiyyətlidir ki,  həqiqətə nail olmaq yalnız xırda detallar üzrə ziddiyyətin aydınlaşdırılması yolu ilə mümkündür və həqiqət məhz xırda detallardadır. Sənayın fərqli və bir-birinə zidd fikirləri səsləndirilməsi artıq yalan  danışmağı təsdiq edən haldır. Nəzərə alınmalıdır ki, Sənay Qəhrəmanlının ilkin izahatları ilə ifadəsi arasında cəmi 7 gün vaxt keçib.

Sənay Qəhrəmanlının yalan danışması hadisənın baş verdiyi yatağın göstəriciləri ilə də təsdiq edilir.

Bundan başqa, hadisə yerinə baxış zamanı müəyyən edilib ki, hadisənin baş verdiyi yataq dəsti kimi göstərilən yatağın eni 90 sm-dir və həmin çarpayı birnəfərlikdir. Sənay Qəhrəmanlı ifadələrindən görünür ki, o, 25.08.2020-ci il tarixdə səhər oyandıqda Əsgər Ağayevlə birlikdə eyni çarpayıda uzandığını görüb. Nəzərə alsaq ki, boyu təxminən 170-175 sm olan şəxsin kürəyinin eni təxminən 60-70 sm arası dəyişir, demək, 90 sm enində olan çarpayıda 2 şəxsin yatması inandırıcı görsənmir. Bunu da ekspertiza araşdırıb və bu nəticəyə gəlib”.

 Yusif Ağayev 

Valideynlər bildirirlər ki, iş üzrə dindirilmiş Səfərov Ümman Mirsadıq oğlu göstərib ki, 25.08.2020-ci il tarixdə Sənayla  görüşdükdə onun bədən səthində və sifətində, o cümlədən dodağında hər hansı bir xəsarət görməyib:

“Məhkəmə tibbi ekspertizasının 27.08.2020-ci il tarixli müayinəyə əsaslanan rəyindən isə görünür ki, Sənayın bədənində alt və üst dodaqlarının selikli qişasının, sağ süd vəzisinin iç kvadratının, sol bazu nahiyəsinin orta 1/3-nin arxa səthinin, (iv) sol baldırın yuxarı 1/3-nin arxa səthinin qançırları  xarakterikli sağlamlığa zərər vurmayan xəsarətlər müəyyən edilib. Göründüyü kimi, hadisə günü, yəni 25.08.2020-ci il tarixdə Sənayın bədənində hər hansı bir xəsarət olmayıb. Bu, yalnız 2 gün sonra mövcud olmuşdur. Bu nəticə ən azından Ümman Səfərovun ifadəsinə əsaslanır. Həmin fakt onu bir daha  təsdiq edir ki, Sənay hadisə barədə ağ yalan danışır və Əsgər Ağayevi şərləyir”.

Sürəyya Ağayeva 

İddia edirlər ki, Sənay Qəhrəmanlının əsl məqsədi Əsgər Ağayevin ailəsindən pul qopartmaq olub və məqsədinə nail olmadığından süni sübutları ortaya qoyub:

“Sənay Qəhrəmanlının yalan ifadə verməsini o da təsdiq edir ki, hadisədən bir müddət sonra (cinayət işi başlanıb artıq istintaq aparılan dövrdə) 12.11.20-ci il tarixdə onun anası – Abıyeva Zümrüd İsrafil qızının yaxın tanışı, Ülviyyə Xəlil vasitəsilə Əsgərin anası Sürəyya Ağayevadan pul istəyib. Bu, ondan xəbər verir ki, hadisə barədə şikayəti prokurorluğa ünvanlanmaqda məqsəd məhz təqsirkardan bu yolla qazanc (pul) əldə etmək olub”.

Valideynlər bildirirlər ki, ekspertizanın nəticəsi işə baxan müvafiq qurumlara göndərilib. Onlar tələb edirlər ki, işə xitam verilsin:

“Baş prokurordan soruşmaq istəyirəm ki, oğlumu orada saxlamağına bircə səbəb göstərsin. Mənim övladım atasına qaraciyərini verib, əməliyyatdan çıxıb, 65 gün 30 faiz qaraciyərlə onun orada saxlanılmasına səbəb nədir”, – deyə valideynlər bildiriblər.“Yeni Müsavat”

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir