Hadisə

Salyanda ikimərtəbəli evdə yanğın baş verib

Sharing is caring!

Salyan rayonunda yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Kür Qaraqaşlı kəndində qeydə alınıb.

Yanğın zamanı ümumi sahəsi 320 m² olan ikimərtəbəli (hər mərtəbəsi 160 m²) 8 otaqlı evin qamışdan və taxtadan ibarət dam örtüyünün yanar konstruksiyaları 160 m² sahədə, 2-ci mərtəbəsində 1 otaq 30 m² sahədə və 1-ci mərtəbəsində 1 otaq 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir