Hadisə

Neftçalada piyadanı avtomobil vurub

Sharing is caring!

Neftçalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gecə Nefçala şəhərində qeydə alınıb.

Neftçala sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Qulu Rəşid oğlu yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan piyada Neftçala rayon xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir