Hadisə

Pirallahıda əməliyyat —İcra Hakimiyyətinin işçiləri dindirilir

Sharing is caring!

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Bakı şəhər Pirallahı rayonunda əməliyyat keçirilib.

XəbərAl.az bildirir ki, Konkret.az-a daxil olan məlumata görə, sözügedən rayonda COVID-19 pasportlarının pulla satılmasına dair şübhələr müəyyən edilib.

Məlumatda daha sonra deylir ki, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov işdən azad edilib. Onun müavini Kəmalə Mustafayeva isə dindirilib. Daxil olan məlumata görə, hazırda Pirallahı Rayon İcra Hakimiyyəti işçilərinin də dindirilməsi prosesi həyata keçirilir. İlkin ehtimallara görə, vətəndaşlara saxta COVID-19 pasportlarının satılmasına rayon icra hakimiyyəti “nəzarət” edib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir