Hadisə

Bakıda qəza törədən dünya çempionun yenidən cinayət işinə baxılacaq

Sharing is caring!

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən 3 qat dünya çempionun Urxan Orucovun barəsində olan hökmdən prokurorluq tərəfindən verilən apellyasiya şikayəti icraata verilib.

APA-nın məlumatına görə, prokurorluğun verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin baxış iclası yaxın günlərdə təyin olunacaq.

Qeyd edək ki, ötən il yanvarın 25-də Bakıda piyada Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub və o, ölüb. İş üzrə həbs olunan U. Orucov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməli idi. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb. O, hökmə əsasən, 1000 manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib.

Bakı Apelyasiya Məhkəməsi prokurorluğun apelyasiya protestini təmin etməyib. Bir müddət əvvəl Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilib.

Xatırladaq ki, o, peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir