Hadisə

AzTV-nin binasında bədbəxt hadisə baş verdi — VİDEO

Sharing is caring!

Azərbaycan Televiziyasının binalarından birində baş vermiş bədbəxt hadisə nəticəsində şirkətin əməkdaşlarından biri vəfat edib. 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.

Allah rəhmət eləsin!

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

XəbərAl.az xəbər verir ki, qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan şəxsin çıxarılması istiqamətində iş aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir