Hadisə

Nardaran qəsəbəsindəki qəbiristanlıqdan silah-sursat tapılıb

Sharing is caring!

Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və tapılması məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbəsində yerləşən qəbiristanlıqdan “F-1” qumbarası, 1 ədəd avtomat darağı və 55 ədəd müxtəlif çaplı patron tapılıb. Həmin silah-sursatlar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı təhqiqat davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir