Hadisə

Salyanda avtomobil 54 yaşlı qadını xəstəxanalıq etdi

Sharing is caring!

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə axşam saatlarında Çuxanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Kərimova Mənsurə Pənah qızı yolda gedən zaman naməlum minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli xəsarətlər alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir