Hadisə

Plastik düyü terroru- “Araz Market” əhalini belə zəhərləyir – VİDEOFAKT

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, tanınmış jurnalist Savalan Talıblı “Araz Market” şəbəkəsinin 20-ci sahədəki mağazasından aldığı düyünün bişirilərkən dəhşətli hala gəldiyi haqda videomaterial hazırlayıb. Belə ki, bu mağazadan alınmış Pakistan istehsalı olan “Mümtaz” düyüsünü bişirmək istəyərkən düyü pis qoxu verərək tamam əriyib bir-birinə yapışıb və məhsulun plastik maddə olduğu ortaya çıxıb. Qeyd edək ki, qablaşdırılmış formada satılan və üzərində Basmati düyüsü olduğu iddia edilən bu məhsul Az Mulk (PVT) LTD adlı şirkət tərəfindən istehsal olunub və qablaşdırılıb. Şirkətin Azərbaycan üzrə distribütoru və mağazaya məhsulun tədarükçüsü Ceylan MMC-dir. Bu məhsulun düyü olmadığını, kimyəvi maddə olduğunu həyətdəki pişik belə anlayıb, ona verilən bişmiş düyünü yeməyib.

https://vt.tiktok.com/ZSLdpaBfA/

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir