Naxçıvan Muxtar Respublikasında yeni rabitə və yeni texnologiyalar naziri təyin edilib. Oxu.Az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamı ilə Rahid Ələkbərli bu vəzifəyə təyin olunub. Bildirilib ki, Rahid Ələkbərli əslən Şahbuz rayonundandır. O, yeni təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb. Xeberal.az
Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb. Mədəniyyət Nazirliyindən “Report”a bildirilib ki, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb. Əmrə əsasən, Azər Yusubov işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynova işində yol verdiyi ciddi […]
Məşhur aktyor Silvestr Stallone “Qayaya dırmanan” (“Cliffhanger”) döyüş filminin davamında xilasedici alpinist Qeyb Uoker obrazında ekranlara qayıdır. Filmin rejissoru Rik Roman Vo olacaq. Lakin filmin süjetinin təfərrüatı hələlik açıqlanmayıb. Bundan əlavə, sikvelin aktyor heyəti də məlum deyil. Hazırda kastinq davam edir. Layihəyə orijinal “Cliffhanger”in prodüserləri Nil Morits və Tobi Caffe nəzarət edəcəklər. Xatırladaq ki, “Cliffhanger” 1993-cü ildə […]