Hadisə manset

Azərbaycanda dəhşətli hadisə — Ölənlər və yaralılar var

Sharing is caring!

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Xəbəral.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes” markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.

“Nissan”da olan sərnişinlərdən 4-ü isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir