Hadisə manset

DİN məktəb direktorunun öldüyü qəza ilə bağlı məlumat yaydı

Sharing is caring!

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə. aprelin 13-ü saat 19 radələrində Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində şəhər sakini Xəqani Abbasovun idarə etdiyi “VAZ-21214” markalı minik və Tovuz rayon sakini K.Hüseynzadənin idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub.

Nəticədə Xəqani Abbasov və sərnişini Eyvaz Vəliyev hadisə yerində ölüblər.

DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, E.Vəliyev Şəmkir rayonu, Dəllər qəsəbəsi Z.Abbasov adına tam orta məktəbin direktoru olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir