Hadisə

“Sədərək”də baş verən yanğının söndürülməsində Qaradağ polisi xüsusi fədəkarlıq göstərib

Sharing is caring!

Xəbər verildiyi kimi, səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın baş verib. Yanğın tam söndürülüb. Həmin hadisə zamanı başından xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan şəxs artıq evə buraxılıb. Azinforum.az-ın əldə etdiyi məlumata görə, yanğının söndürülməsi, yanğından zəhərlənən vətəndaşlara ilkin yardımın edilməsi və zərərçəkənlərin mallarının hadisə yerindən çıxarılmasında Qaradağ Rayon Polis İdarəsinin şəxsi heyəti xüsusi fədakarlıq göstərib. Aşağıda paylaşacağımız videomateraldan da görünür ki, polis əməkdaşları əllərində olan su şırnağı ilə yanğının söndürülməsində fəal iştirak edirlər. Əhsən belə polislərə!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir