Hadisə

İmişli rayonunda baş verən avtoqəzada bir nəfər ölüb, 2 nəfər xəsarət alıb

Sharing is caring!

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

Avtoqəza İmişli rayonunun Şahverdili kəndi ərazisində qeydə alınıb.

Bəhramtəpə qəsəbə sakini, 1974-cü il təvəllüdlü Həsənov Nizami Məhərrəm oğlunun idarə etdiyi “KİA” markalı 90-GM-961 dövlət nömrə nişanlı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı sürcü avtomobilin altında qalaraq ölüb.

Avtomobildə olan Bəhramtəpə qəsəbə sakini, 14 yaşlı İsayev Məhəmməd Cəfər oğlu ağır vəziyyətdə reanimasiya şöbəsinə, digər sərnişin – 1996-cı il təvəllüdlü Məmmədov İbrahim Etibar oğlu yüngül xəsarət alaraq İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir