Hadisə

SON DƏQİQƏ: BŞİH-də əməliyyat keçirildi – Yüksək vəzifəli şəxs həbs edildi

Sharing is caring!

Bu gün günorta saatlarında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Bakı Şəhər İcra Hakimiyyətində əməliyyat keçirdiyi bildirilir.

Xəbəral.az xəbər verir ki, bu barədə məlumat yayan Tribunainfo.az saytı bildirir ki, BŞİH-nin tabeli qurumu olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Natiq adlı şəxs və daha 3 nəfər həbs edilib.

Məlumat üçün bildirək ki, son zamanlar mediada Yaşıllaşdırma Təsərrüfat Birliyinin sədri Həsrət Əmrahovun qanunsuz əməlləri barəsində kifayət qədər geniş məlumatlar dərc edilib.

Sayt yazır ki, BŞİH-dən xəbəri təsdiq ediblər və saxlanılan səxsin Yasamal rayonu Yaşıllaşdırma Sahəsinin rəisi Natiq Abbasovun olduğunu bildiribdilər.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir