Bakıda baş verən ağır qəza anı kameraya düşüb.
Oxu.Az xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Füzuli küçəsində qeydə alınıb.
Qəza zamanı skuter sürücüsü idarəetməni itirib və sürüşərək hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb.
Hadisə arxadan gələn avtomobildə yerləşdirilmiş kameraya əks olunub.
Qəza nəticəsində skuter sürücüsünün yüngül xəsarət aldığı bildirilib.