Hadisə Manşetüstü

Şəkidə yol qəzası olub, sürücü ölüb

Sharing is caring!

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Turan qəsəbəsi ərazisində qeydə alınıb.

Sarıca kənd sakini Ziyad Rüstəmov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir