Hadisə manset

Bakıda binanın damı uçdu – Foto

Sharing is caring!

Ötən gün Bakıda müşahidə edilən güclü külək bır sıra fəsadlara yol açıb.

XəbərAl.az-ın  məlumatına görə, paytaxtın Xətai rayonu, S.Mehmandarov küçəsində yerləşən binanın dam örtüyü güclü külək nəticəsində uçaraq ətrafa dağılıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son məlumatına əsasən, ötən gün şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft daşlarında 31 m/s-dək güclənib, dənizdə isə dalğanın hündürlüyü 7 metr olub.

Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkaran, Neftçala, Şabran, Nabranda yağış yağıb.

Xaltan, Qırız, Xınalıq, Şahdağda qar yağıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir