Hadisə manset

Bakıda səfirlik avtomobili qəzaya uğrayıb – YARALILAR

Sharing is caring!

Bakıda Küveytin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.

Hadisə Kövkəb Səfərəliyeva küçəsində baş verib.

1961-ci il təvəllüdlü Mehman Soltanov idarə etdiyi 90 RT 164 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobillə qarşısında hərəkətdə olan 1971-ci il təvəllüdlü Camal Sultanovun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsinə çarpılıb.

Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.

Qəzaya uğrayan “Toyota” Küveyt dövlətinin Azərbaycandakı səfirliyinə məxsus xidməti avtomobildir.(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir