Hadisə Manşetüstü

Oğuzda meşəbəyini döydülər

Sharing is caring!

Oğuzda meşə nəzarətçisi döyülüb.

Hadisə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Qəbələ regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyiliyinin ərazisində baş verib.

Oğuz rayonu Calut kənd sakini Həsənov Ehtiram Vilayət oğlu meşə ərazisindən UAZ markalı avtomobillə qanunsuz qırdığı odunu apararkən meşə nəzarətçisi İsabala Xudumov onun şəklini çəkib. Bu vaxt E.Həsənov meşə nəzarətçisinə zor tətbiq etməklə onu döyüb və hadisə yerindən qaçıb.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsilə cinayət işi başlanıb. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir