Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Əlahəzrət, əziz Qardaşım, Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın […]
Finlandiyanın baş naziri Sanna Marinin qalmaqal fonunda verdiyi narkotik testi mənfi nəticə verib. Nəticələri Finlandiya hökumətinin mətbuat xidməti açıqlayıb. Xidmətin məlumatına görə, baş nazir narkotik testinin xərcini öz vəsaiti hesabına ödəyib. Qeyd edək ki, mediada baş nazir və dostlarının iştirakı ilə əyləncə məclisindən yayılan görüntülər Finlandiya ictimaiyyətində ciddi narazılığa səbəb olub. Hökumət başçısının narkotik maddələrin […]
Hazırda Parisdə olan ictimai səhiyyə eksperti, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın (GAVI) müşaviri və BMT baş katibinin keçmiş müşaviri, professor Georgi Pxakadze Oxu.Az-a müsahibəsində qeyd edib ki, hamı ümid edir ki, koronavirus “qəfil ölsün”: “Amma təəssüf ki, bu baş vermədi. İndi fırtınadan əvvəlki sükut hökm sürür, mən indiki vəziyyəti belə adlandırardım. Bölgəmizdə – Gürcüstan […]